İraq paytaxtı Bağdadın fərqli rayonlarında avtomobillər quraşdırılmış minalar partladılıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, 9 məhəllədə baş verən partlama nəticəsində 54 nəfər həlak olub, yüzdən çox sakin yaralanıb.
Bağdadın Bələdiyyət qəsəbəsində özəl telekanalın mərkəzi binası yaxınlığındakı partlayış nəticəsində isə həlak olanların sayının 27-ə çatdığı bildirilib.
Sədr məhəlləsində isə 7 nəfər avtomobilə quraşdırılmış partlayışın qurbanı olub, 75 nəfər yaralanıb.
Bağdadın Şüəla məhəlləsindəki partlayış nəticəsində 6 nəfər həyatını itirib.