İraqın prezidenti Cəlal Talabaninin başçılıq etdiyi İraq Kürdüstan Yurdsevərlər Birliyi (İKYB) İraqın şimalında keçirilən yerli seçkidə böyük zərbə alıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, bu partiya seçkidə üçüncü yerdə olub. Bundan sonra onun həyata yoldaşı Heroxan Talabani ərinin başçılıq etdiyi siyasi təşkilatdan istefa verdiyini bəyan edib.
Məlumata əsasən, ötən ilin dekabrından Cəlal Talabani müalicə olunmaq üçün Almaniyadadır. Bu səbəbdən sentyabrın 21-də keçirilən seçki kampaniyasına Heroxan Talabani başçılıq edib.
İraqın şimalındakı seçkidə İKYB-ni Goran Hərəkatı üstələyərək, ikinci partiya olub.
Xatırladaq ki, 14 yaşında ikən İraq Kürdüstan Demokratik Partiyasında (İKDP) siyasi fəaliyyətinə başlayıb. 1975-ci ildə İraqın şimalındakı idarəetmə sisteminin lideri Məsut Bərzaninin atası Molla Mustafa Bərzani ilə fikir ayrılığı ucbatından partiyadan çıxaraq, 1975-ci ildə İKYB-ni qurub.