İraqda fəaliyyət göstərən terrorçular general-leytenant Əbdülamir əl-Zahidi-yə qarşı uğursuz sui-qəsd edib.
Lent.az-ın «Frans-press»-ə istinadən məlumatına görə, general özü baş verənlər hadisəni «məqsədi sui-qəsd» kimi dəyərləndirib.
O, dəqiqləşdirərək, deyib ki, partlayıcı qurğunun partalaması nəticəsində onu müşayiət edən 9 hərbçi həlak olub.
Olay Bağdadın şimalında, Diyal əyalətində «əl-Qaidə» yaraqlılarına qarşı hərbi əməliyyatlar zamanı baş verib. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.