İranın neft-kimya sənayesinə də sanksiya qoyuldu
01 iyun 2013 05:14 (UTC +04:00)

İranın neft-kimya sənayesinə də sanksiya qoyuldu

 

ABŞ İranın 8 neft-kimya şirkətinə qarşı yeni sanksiya tətbiq edib.

 

Lent-azın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Ağ evin bəyanatında İranın 8 neft-kimya şirkətinə qarşı ilk  dəfədir yasaqlar qoyulduğu vurğulanıb.

 Adları “qara siyahı”ya salınmış şirkətlər isə “Mobin Petrochemical”, “Bou Ali Sina Petrochemical”, “Bandar Imam Petrochemical”, “Jam Petrochemical”, “Nouri Petrochemical”, “Pars Petrochemical”, “Nikisma Food and Beverage” və “Ferland Company Limited”dir.

 

Bundan başqa İrana qarşı beynəlxalq embarqonu pozduqlarına və bu ölkə ilə əməkdaşlıq etdiklərinə görə Ukraynanın “Bukovina Airlines” və “Ukranian-Mediterrenian Airlines” və Qırğızıstanın “Kirgiztransavia” hava yolları şirkətlərinə də sanksiya tətbiq edib.

 

Qadağaya əsasən, adları “qara siyahı”ya salınmış həmin fiziki və hüquqi şəxslərin ABŞ-dakı bütün aktivləri və əmlakı dondurulacaq, onların rəhbərlərinin bu ölkəyə səfərlərinə və yerli şirkətlərin də onlarla əməkdaşlıq etməsinə qadağa qoyulacaq. 

Qeyd edək ki, neft-emalı sənayesi Tehran üçün ikinci möhkəm valyuta mənbəyidir.

Sanksiya İranın Nef Şirkəti, «Naftiran Intertrade»lə, İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edənlərə, eləcə də İslam Respublikasına qiymətli metal, yaxud ABŞ dolları almaqda köməklik göstərənlərə tətbiq olunacaq.

 

Ağ Evin bəyanatında sanksiya tətbiq olunan iki belə  bankın Adı çəkilib: Çinin «Bank of Kunlun» və İraqın «Elaf Islamic Bank».Onlar İrana ABŞ tətbiq etdiyi maliyyə sanksiyalarından yayınmağa yardım edib.

 

Məlumatlara əsasən, ABŞ hakimiyyəti mayın 30-da İranın ali lideri ayətullah Seyid Əli Xamneyi aparatında siyasi və təhlükəsizlik işlərinə cavabdeh olan Ələsğər Mirhicaziyə sanksiya tətbiq edilib.

 

Dövlət Departamentinin sözçüsü Cen Psaki jurnalistlərə deyib ki, Ələsğər Mirhicazi İranın dinc müxaliflərinə qarşı qanlı repressiyalara pərdə arxasından rəhbərlik edən əsas şəxslərdən olub: «O, nüfuzundan faydalanaraq ölkənin kəşfiyyat qurumlarındakı bəzi şəxsləri İran xalqına qarşı repressiyalar aparmağa, zorakılığa məruz qoymağa sövq edib».

Ələsğər Mir Hicazi 2012-ci ilin aprel ayında İranda insan hüquqlarının kobud şəkildə pozulmasındakı roluna görə bir sıra digər İran rəsmiləri ilə bərabər Avropa Birliyinin sanksiyasına məruz qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar