İranın Ərdoğan hökumətini izlədiyi üzə çıxdı!
17 sentyabr 2013 14:38 (UTC +04:00)

İranın Ərdoğan hökumətini izlədiyi üzə çıxdı!

İran rejiminin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə hökumətinin üzvlərini izlədiyi üzə çıxıb.

 

Lent.az-ın “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanın iş otağından sonra  Xaricdəki Türklər və Qohum Toplumlar Nazirliyinin binasında da səs ötürücü tapılıb.


Ankara Polis İdarəsi səs ötürücülərdən səsi qəbul edən aparatları aşkarlamaq üçün hərəkətə keçib. Araşdırma nəticəsində səs ötürücülərin Xaricdəki Türklər və Qohum Toplumlar Nazirliyinin binasına 14 avqust 2001-ci ildə AKP-nin təsis qurultayında iştirak edən iki qadın tərəfindən yerləşdirildiyi müəyyən edilib. Polis bu qadınların səs ötürücüləri nazirliyin binasına nə üçün yerləşdirdiyini araşdırmağa başlayıb. İzlənilməyə başlanılan və adları sirr kimi saxlanılan iki qadının digər bir nazirliyə və AKP-nin rəhbərliyində yer alan şəxslərdən birinin villasına da səs ötürücü yerləşdirdikləri üzə çıxıb.

 

Ankara Baş Prokurorluğu AKP sıralarına sızan və yerləşdirdikləri səs ötürücülərlə bir çox məlumatı qanunsuz yolla toplayan iki qadın haqqında cinayət işi başlayıb. Prokurorluq AKP-də aktiv fəaliyyət göstərən iki qadının keçmişini və əlaqələrini araşdırıb. Qadınların cib telefonlarının İran əsilli şəxslərin adına olduğu müəyyənləşib. Qadınların uzun müddətdir bu şəxslərlə əlaqədə olduğu, tez-tez görüşdüklərini öyrənilib. Araşdırmalar nəticəsində prokurorluq baş nazir Rəcəb Tayyib Ərdoğan və AKP-nin İran agentləri tərəfindən izlənilməyə çalışıldığı qənaətinə gəlib. Rəcəb Tayyib Ərdoğanın kabinetinə də səs ötürücülərin bu qadınlar tərəfindən yerləşdirildiyi ehtimal olunur. Polis iranlı agentlərin izinə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar