İrandakı prezident seçkilərində mənzərə aydınlaşdı
11 iyun 2013 18:56 (UTC +04:00)

İrandakı prezident seçkilərində mənzərə aydınlaşdı

İyunun 14-də İranda yeni prezident seçiləcək.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, seçkilərə üç gün qalmış İranda islahatçılarla mühafizəkarların dəstəkləyəcəkləri namizədlər müəyyənləşib.

İslahatçı qanadın namizədlərindən biri olan Məhəmməd Rıza Arif digər islahatçı namizəd, Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Həsən Ruhaniyə dəstək vermək məqsədi ilə namizədliyini geri götürdüyünü açıqlayıb. O bildirib ki, islahatçıların lideri kimi qəbul etdiyini sabiq prezident Məhəmməd Hatəminin istəyi ilə namizədliyini geri götürməyi məqbul sayıb. Məhəmməd Hatəmi və seçkilərdə namizəd olması əngəllənən sabiq prezident Haşimi Rəfsancani islahatçıların namizədi olaraq Həsən Ruhaniyi dəstəkləyəcəklərini açıqlayıblar.

 

Dünən isə mühafizəkarların namizədlərindən olan Qulam Əli Həddad Adil mühafizəkarların seçkilərdə qələbəsi naminə namizədliyini geri götürdüyünü bəyan edib. Ancaq o, mühafizəkarların hansı namizədinin lehinə namizədliyini geri götürdüyünü açıqlamayıb.

 

Beləliklə, prezident seçkilərində 1 islahatçı, 3 mühafizəkar və 2 müstəqil namizəd yarışacaq. Həsan Ruhani islahatçıların yeganə namizədidir. Mühafizəkar qanadı Tehran meri Məhəmməd Bagir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi və atom məsələləri ilə bağlı danışıqlarda İranın nümayəndəsi Səid Cəlili, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti təmsil edir. İran İslam İnqilabını Mühafizə Korpusunun sabiq komandanı Möhsün Rızayı və sabiq nazirlərdən Məhəmməd Qarezi seçkilərə müstəqil namizəd kimi qatılırlar.

 

Prezident seçkilərinə önəmli təsiri olacağı qəbul edilən ali dini lider ayətullah Əli Xamneyinin Əli Əkbər Vilayəti, ya da Məhəmməd Bagır Qalibafıi dəstəkləyəcəyi iddia olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791

Oxşar yazılar

Havaya qalıxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalıxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22