İranda ürək xəstəliklərinin sayının sürətlə artması narahatçılıq yaradır.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, İran səhiyyə nazirinin müavini Əli Əkbər Sayyari ürək xəstəlikləri ilə bağlı statistikanın həyəcan doğurduğunu söyləyib.
Əli Əkbər Sayyari bildirib ki, ölkə əhalisinin 21,1 faizi müxtəlif ürək xəstəliklərin əziyyət çəkir. Ölkə əhalisinin 34,2 faizində isə müxtəlif ürək qüsurları var. O, Tehranda əhali arasında kütləvi psixi xəstəliklərin də müşahidə olunduğunu qeyd edib.