İranın cənubunda, Buşəhr əyalətində oktyabrın 24-25 arasında üç dəfə zəlzələ baş verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rixter şkalası üzrə ən güclü yer altı təkan 3.4 bal gücündə olub.
İnsan itkisi və dağıntı barəsində hələlik məlumat yayılmayıb.
Xatırladaq ki, Atom Elektrik Stansiyasının olduğu Buşəhrdə bu təbii hadisə tez-tez baş verir. Bu il aprelin ortalarında baş vermiş yeraltı təkanlar nəticəsində 37 nəfər həlak olmuşdu. Sonuncu təbii fəlakət isə cari ilin mayında 5,6 bal gücündə baş vermişdi.