İranda prokuror öldürülüb
06 noyabr 2013 20:05 (UTC +04:00)

İranda prokuror öldürülüb

İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin prokuroru Musa - Nuri Qələno noyabrın 6-da öldürülüb.

Lent.az-ın ""Mehr“-ə istinadən məlumatına görə, Musa Nuri -Qələno Tehran vaxtıyla səhər saat 8-ə 15 dəqiqə qalmış avtomobildə işə gedərkən bir avtomobil onun maşınına yaxınlaşıb və sərnişinlərinin kimliyi bəlli olmayan həmin avtomobildən prokurorun maşınına dalbadal atəş açılıb. Mənbə bildirib ki, “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində prokuror və sürücüsü həlak olub.

Basqınçılar hadisə yerindən qaça biliblər. Hadisənin məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib.

Musa Nuri-Qələno iki həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Sistan-Bəlucistanda qanunsuz fəaliyyət göstərən “Condollah”, “Ceyşül- ədl” və başqa silahlı qruplaşmalarla bağlılığına görə tutulan 16 məhbus bəluc dar ağacından asılıb. Prokuror onu da bildirmişdi ki, bu edamları yerli müxaliflərin Pakistanla sərhəddə 18 nəfər İran sərhədçisini öldürməsinin əvəzini çıxmaq üçün əerçəkləşdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49