İranda prezidentliyə namizədliyə namizədlərin sayı 243 nəfərə çatıb
09 may 2013 19:49 (UTC +04:00)

İranda prezidentliyə namizədliyə namizədlərin sayı 243 nəfərə çatıb

 

 Son üç gündə İranda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlərin sayı 243 nəfərə çatıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsinin üçüncü günü 99 nəfər müraciət edib.

 

Bu gün prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün ərizə verənlər arasında nüfuzlu şəxslərdən “Hizbullah”ın baş katibi Seyid Məhəmməd Bağır Xərrazi, keçmiş informasiya, təhlükəsizlik və kəşfiyyat naziri Əli Fəllahian, sabiq neft, həmçinin keçmiş informasiya texnologiyaları və kommunikasiya naziri Seyid Məhəmməd Qərrazi, İranın Mədəni irs, Sənətkarlıq və Turizm Təşkilatının rəhbəri, Kermani Fars vilayətinin sabiq valisi Ruhulla Əhmədzadə var.

 

Bundan əlavə, yenə də qəribə geyim və davranışları ilə diqqət çəkən şəxslər olub. Hətta onların içərisində özünün “İmam Zaman” olduğunu iddia edən biri də olub. 32 yaşlı Məhəmmədəli Farsi Allah tərəfindən göndərildiyini bildirib.

 

Qeyd edək ki, prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsinin ilk günü 75, ikinci günü isə 69 nəfər ərizə verib. Onların arasında nüfuzlu şəxslər - İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian sabiq sahiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadə, İran Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər, millət vəkili Həsən Sübhani ilə yanaşı, iki qadın da var.

 

Xatırladaq ki, mayın 7-də İranda iyunun 14-də keçiriləcək XI dönəm prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyatalma mərhələsi başlayıb. Proses mayın 11-dək davam edəcək. Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin şəxslərin namizədliyinə baxacaq, kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may arasındakı bir müddətdə şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İranın Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dənə iyunun 12-dək təbliğat kampaniyası həyata keçiriləcək. Eyni zamanda İran Daxili İşlər Nazirliyi qeydiyyataalma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb. İran Dövlət Televiziya və Radio Təşkilatı (İRİB) isə prezidentliyə namizədlərin hər birinə öz seçki platformalarını seçicilərinə açıqlamaq üçün 10 saat efir vaxtı ayıracağını açıqlayıb. Belə ki, təbliğat kampaniyası zamanı hər bir namizədə 6 saat mili televiziyada, 4 saat isə milli radioda efir vaxtı veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar