İrana ən çox taxıl ixrac edən Almaniyadır
08 iyun 2013 07:18 (UTC +04:00)

İrana ən çox taxıl ixrac edən Almaniyadır

Son illər İran gələcəkdə taxıl problemi ilə üzləşməmək üçün bu məhsulun idxalını artırıb.

 

Lent.az-ın «zerno on layn»-a istinadən məlumatına görə, son iki həftədə İranın Dövlət Ticarət palatası  Almaniyadan və Baltikyanı ölkələrdən tərkibində  12,5 faiz zülal olan 600 min ton taxıl alıb. Bunun 200 min tonu iyunun 3-də idxal olunub.

İyul – sentyabr aylarında tədarük davam etdiriləcək. Tehran taxılın bir tonunu 350 dollara alır ki, bu da dünya bazarındakı qiymətdən bahadır. Buna səbəb kimi İrana taxıl ixracı riskinin yuxarı olması göstərilir.

İslam Respublikasına ən taxıl tədarük edən Almaniyadır. 2012 –ci ilin martından 2013-cü ilin həmin ayınadək bu ölkədən İrana 1,087 milyon ton taxıl ixrac olunub.Tədarükçülər siyahısına ABŞ, Avstraliya, Qazaxıstan, Rusiya, Kanada və Ukrayna da daxildir.

Mütəxəssislərin qənaətincə, İran yaxın aylarda da xaricdən taxıl idxalını artıracaq. Taxıl üzrə Beynəlxalq Şuranın proqnozuna əsasən, 2013-2014-cü il mövsümündə İslam Respublikası 3,1 milyon ton taxıl idxal edəcək. Bu il iyunun 30-da başa çatacaq 2012-2013-cü il mövsümündə isə İran 5,1 milyon ton taxıl idxal etmək üzrədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41