İran və İsraildən olan diplomatlar Yaxın Şərqdə nüvə silahlarının yasaqlanması ilə bağlı konfransın keçirilməsinin perspektivinə həsr olunan gizli toplantıda iştirak ediblər.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda Livanda çıxan «Daily Star» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, Yaxın Şərqin bir neçə dövlətinin nümayəndə heyəti noyabrın 2-də İsveçrənin Qlion şəhərindəki mehmanxanada görüşüblər.
İran və İsrail rəsmiləri bunu təsdiqləməyib.
Qəzet qeyd edib ki, israillilərlə, iranlılar, eləcə də ərəb dövlətlərinin təmsilçiləri arasında birbaşa görüş olmayıb, ancaq yəhudi dövlətinin nümayəndələri iclasın gedişində məsələyə dair öz mövqelərini bildiriblər.