İran parlamentinin xarici işlər və müdafiə üzrə komissiya sədrinin müavini Seyid Hüseyn Hakavi-Hüseyni bildirib ki, Tehran uranın 20 faizədək zənginləşdirilməsini dayandırıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onun bəyanatı parlamentin saytında yayılıb.
O, bu bəyanatla çıxış edən ilk rəsmi təmsilçidir.
«New York Times» qəzetinin yazdığına əsasən, bu xəbər təsdiqlənərsə, onda belə qənaətə gəlmək olar ki, Tehran atom-nüvə problemi ilə bağlı qərbin irəli sürdüyü şərtləri qəbul edib.
Deputat daha sonra deyib: «Hazırda bizim yetərincə zənginləşdirilmiş uranımız var. Ona görə də əlavə zənginləşdirməyə ehtiyac yoxdur. Zənginləşdirmənin dayandırılması haqda danışıqlar mənasızdır. Çünki biz heç nəyi zənginləşdirmirik».