ABŞ-ın Dövlət Departamenti 2012-ci il üçün illik hesabatının açıqlayıb. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, sənəddə ötən ilin yekunu üzrə İran terrorçuluğu fəal şəkildə dəstəkləyib.
«İran və «Hizbullah»ın terrorçuluq fəallıq səviyyəsi 1990-cı illərdən də yüksək olub. Onlar və başqaları Suriya xalqına qarşı amansız rəftar edən Bəşar Əsəd rejimini geniş şəkildə təmin edir və yetərincə dəstəkləyirlər»-deyə, hesabatda vurğulanıb.
Bundan başqa qurum «Hizbullah»ın iştirak etdiyi bir sıra teraktları, o cümlədən ötən ilin iyulunda Bolqarıstanda israilli turistlərin mindiyi avtobusun partladılmasını da hesabatda sadalayıb.
Hesabatda İran terrorçuluğu himayə edən dövlətlər siyahısına daxil edilib. 2011-ci illə müqayisədə siyahı dəyişməyib. İranla yanaşı ora Suriya, Kuba və Sudan daxildir. Bu dövlətlərə qarşı ABŞ-ın sanksiyaları qüvvədədir – silah tədarükü, çeşidli maliyyə məhdudiyyəti və s.