İran qonşu ölkələrlə sərhədlərini bağlaya bilər. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Abdullahi bildirib ki, bu il iyunun 14-də keçiriləcək prezident və bələdiyyə seçkiləri ilə bağlı lazımı tədbirlər görülüb: “İndiyədək seçkilərlə bağlı heç bir problem olmayıb. İnşallah, seçkilərin keçiriləcəyi günədək də problem olmayacaq. Ölkə sərhədlərinə nəzarət üçün də lazımi tədbirlər görülüb. Əgər lazım gələrsə, seçkilər günü sərhədlər bağlana bilər”.