İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında prezident Həsən Ruhaninin Nyu-Yorka mümkün səfərindən danışıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, Ruhani BMT Baş Assambleyasının sentyabrın 17-də keçiriləcək iclasına qatılmaq istəyir: «Bizə deyiblər ki, onun Nyu-York səfəri üçün lazım olan işləri yerinə yetirək. Səfər tam qətiləşsə, prezidentin özü də bu haqda açıqlama verəcək».
İranlı nazir bu səfəri «Tehran üçün nadir imkan» adlandırıb.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai jurnalistlərlə görüşündə bildirib ki, Ruhaninin Nyu-Yorka səfəri gerçəkləşərsə, Baş Assambleyanın iclasında onun ən azı iki çıxışı gözlənir.