İran İslam İnqilabını Mühafizə Korpusuna qadağa
07 oktyabr 2013 11:15 (UTC +04:00)

İran İslam İnqilabını Mühafizə Korpusuna qadağa

İran İslam İnqilabını Mühafizə Korpusunun üzvlərinə ‘Facebook” və digər sosial şəbəkələrdən istifadə qadağan olunub.

 

Lent.az-ın verdiyi məlumata görə, briqada generalı Məhəmməd Əli Asudi bunu “Qanun” qəzetinə müsahibəsində söyləyib.

 

Məhəmməd Əli Asudi deyib ki, İran İslam İnqilabını Mühafizə Korpusu internetlə aktiv məşğul olur, ancaq Korpus üzvləri “Facebook” və digər sosial şəbəkələrə daxil ola bilməzlər.

 

Qeyd edək ki,  İslam İnqilabını Mühafizə Korpusu İranın elitar hərbi-siyasi qurumudur və İran Silahlı Qüvvələrinin tərkibinə daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar