İran İslam İnqilabının Mühafizə Korpusunun kiber-qoşun növü üzrə komandanlarından Moctab Əhmədi öldürülüb.
Lent.az-ın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Moctab Əhmədinin cəsədi dünən Karac şəhəri yaxınlığındakı meşədən tapılıb.
Moctab Əhməd İranda kiber təhdidlər sahəsində ən təcrübəli mütəxəssislərdən biri olub. Sonuncu dəfə sentyabrın 28-də hərbi hissədə olmuş Moctab Əhmədi ürəyindən iki güllə ilə vurulub. İran polisi hərbçinin ölümündə motosikletlə ərazidə olmuş 2 nəfərdən şübhələnir. Hələ ki, qatillərin axtarışı nəticə vermir.