İran qənimət kimi ələ keçirdiyi ABŞ-ın pilotsuz uçan aparatı «ScanEagle»-in surətini Rusiyaya verib.
Lent.az-ın «Press TV»-yə istinadən məlumatına görə, İslam İnqilab Keşikçiləri Qvardiyasının aerokosmik idarəsinin komandiri briqada generalı Əmirəli Hacızadə həmin qurğunu Tehranda səfərdə olan Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Viktor Bondareva hədiyyə edib.
İranlı general bildirib ki, bu «Rusiya xalqı və Hərbi Hava Qüvvələri üçün ən yaxşı hədiyyədir».
Xatırladaq ki, İranın bu aparatı ələ keçirdiyi barədə yaydığı xəbəri ABŞ təkzib edib. Həmin qurğunu Tehran bu ilin fevralında ələ keçirdiyini iddia etmişdi.
Pilotsuz Uçan Aparatın hər biri 3,2 milyon dollardır.