İlqar Hacıyev: "Rusiyanın daxili işinə qarışa bilmərik"
26 oktyabr 2013 11:57 (UTC +04:00)

İlqar Hacıyev: "Rusiyanın daxili işinə qarışa bilmərik"

 “Hazırda Rusiyada azərbaycanlılarla bağlı narahatlıq doğuracaq hər hansı hal yoxdur, yalnız Azərbaycandan Rusiyaya gələnlər hələ də sərhəddə çətinliklərlə üzləşirlər”. Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib. O bildirib ki, son dövrlər kimsə nə vaxtsa Rusiyada xırda qanun pozuntusuna belə yol veribsə, həmin şəxslər ölkəyə buraxılmır: “Rusiyaya giriş çətinləşdirilib. Bu, tək azərbaycanlı miqrantlara deyil, bütün miqrantlara şamil olunur. Rusiyada bir dəfə qanunu pozanların 5 il Rusiyaya buraxılmaması barədə qərar verilib. Bizi narahat edən odur ki, Rusiyada ailəsi olan soydaşlarımız, iş adamlarımız, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz arasında bu problemlə üzləşənlər var. Demək olar ki, gün ərzində bununla bağlı ÜAK-ın “qaynar xətt”inə 5-6 zəng daxil olur”.

 

ÜAK-ın icraçı direktoru Rusiyaya girişin çətinləşdirilməsinin və tələblərin sərtləşdirilməsinin Soçidə keçiriləcək qış Olimpiya Oyunları ilə bağlı olduğunu istisna etməyib: “Rusiyada vətəndaşlıq almaq proseduru da çətinləşdirilib, yeni tələblər qoyulub. Bu, Rusiyanın daxili işidir, biz qarışa  bilmərik. Yəqin ki, həm miqrantların Rusiyaya girişi, həm də vətəndaşlıq almaq prosedurları müəyyən zaman keçdikdən sonra nisbətən asanlaşacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03