Hülya Avşar: “24 saat ərzində müdaxilə olacaq...”
13 iyun 2013 19:31 (UTC +04:00)

Hülya Avşar: “24 saat ərzində müdaxilə olacaq...”

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla məşhur müğənni Hülya Avşar arasında Gezi parkı olayları ilə bağlı keçirilən görüş başa çatıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, görüşdən sonra mətbuata açıqlama verən Hülya Avşar deyib ki, baş nazir əslində Gezi parkındakı insanların hamısına haq verir, sevgi bəsləyir, lakin bəzi məsələlərdə onları anlamaqda çətinlik çəkir.

 

Hülya Avşar bildirib ki, hər iki tərəfdə də qütbləşmə və gərginlik nəticəsində heç kimin qalib gələ bilməyəcəyini hər kəs bilir: “Bu məsələdə inadkarlıq etmək lazım deyil. Təəssüf ki, baş nazirlə görüşdə 24 saat ərzində Gezi parkındakı aksiyaçılara müdaxilə ediləcəyi qənaətinə gəldim. Baş nazirdən soruşdum ki, gözləyə bilməzsinizmi. Mənə bir neçə misal çəkdi. Çəkilən misalları nəzərə alanda, fikirləşirsən ki, bu da doğrudur. 24 saat ərzində Gezi parkından çəkilənlər olmazsa, müdaxilə edəcəklərini bildirdilər. Baş nazir deyir ki, lütfən, ağlı başında olan insanlar çəkilsinlər, oradakı qaba insanları görək, sonra da nə edəcəyimiz barədə fikirləşək”.

 

Hülya Avşar Rəcəb Tayyib Ərdoğanın Gezi parkında inşaat işləri ilə bağlı plebisit keçirilməsini məqsədəuyğun saydığını qeyd edib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316
avatar

Oxşar yazılar