Həsən Ruhani:«Nüvə proqramı davam edəcək»
17 iyun 2013 23:11 (UTC +04:00)

Həsən Ruhani:«Nüvə proqramı davam edəcək»

İranın yeni prezidenti Həsən Ruhani iyunun 17-də keçirdiyi ilk mətbuat konfransında «yürüdəcəyi daxili və xarici siyasət»lə bağlı açıqlama verib.

Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, o, çıxışında ilk növbədə diqqəti ölkədəki işsizlik probleminə yönəldib. Ruhani bütün qonşu dövlətlər, özəlliklə Səudiyyə Ərəbistanı və başqa ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırmağa çalışacağını bildirib.

H.Ruhani Suriyanın daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu söyləyib.

İranın nüvə proqrammı ilə bağlı məsələni şərh edən yeni hökumət başçısı deyib ki, Tehran beynəlxalq ictimaiyyəti etimadını qazanmaq, və iqtisadi sanksiyaları tədricən yumşaltmaq üçün şəffaflığı təmin etməyə hazırdır. Bununla yanaşı o, sanksiyalar «ədalətsiz» adlandırıb.

Ruhanni uranın zənginləşdirilməsi prosesinin dayandırılmasının mümükünsüzülüyünü də vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939
avatar

Oxşar yazılar