Səudiyyə Ərəbistanında həcc ziyarətinə gələn 600 min nəfər tibbi müayinədən keçirilib.
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, həmin şəxslərdə SARS (“Corona” virusunun yaratdığı, nəfəs almanı ağırlaşdıran xəstəlik) xəstəliyi aşkarlanmayıb.
Bu il təyyarə, gəmi və avtobuslarla həcc ziyarətinə gələnlərin hamısı tibbi müayinədən keçirilmədən Səudiyyə Ərəbistanına buraxılmayacaq. Bu şəxslərə peyvənd vurulub-vurulmadığı da yoxlanılır, peyvənd vurulmayan şəxslərə peyvənd vurulur.
Qeyd edə ki, indiyə qədər Səudiyyə Ərəbistanında 114 nəfər “Corona” virusuna yoluxub, 49 nəfər isə həyatını itirib.