Gürcüstandakı andiçməyə Rusiya dəvət edilməyib
01 noyabr 2013 06:55 (UTC +04:00)

Gürcüstandakı andiçməyə Rusiya dəvət edilməyib

Gürcüstanın yeni seçilən prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasiminə Rusiya rəsmiləri dəvət edilməyib.

 

Lent.az-ın «qruziya onlayn»-a istinadən məlumatına görə, bu haqda ölkəni xarici işlər naziri Mayya Pancikidze açıqlama verib.

 

Onun sözlərinə əsasən, Rusiya Gürcüstanla diplomatik təmsilçisi olmayan dövlətlərdəndir: «Mən artıq andiçməyə dəvət olunacaq dövlətlərin adlarını açıqlamışam. Bura Avropa Birliyi , NATO, Şərq tərəfdaşlığına üzv dövlətlər, eləcə də bu birliklərdə təmsil olunmayan,ancaq Tiflisidə diplomatik nümayəndəlikləri olan ölkələr daxildir».

 

Bir müddət öncə KİV-də andiçmə mərasiminə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Jirinovski və Dövlət Dumasını başqa üzvlərinin dəvətli olduğu haqda məlumat yayılmışdı.

 

Bu tədbirin təşkilat komissiyasına baş nazir Bidzina İvanişvili başçılıq edir. M.Pancikidze isə onun müavinidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar