Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidməti Mtsxeta-Mtianeti (Şərqi Gürcüstan) bölgəsinin keçmi ş qubernatoru Tsezar Çoçeli və iqtisadiyyat və davamlı inkişaf nazirinin keçmiş müavini David Giorqadzeni «dövlət əmlakını mənimsəməkdə və qanunsuz gəlirin leqallaşdırılması»nda ittiham edib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, xidmətin təmsilçisi bildirib ki, istintaq zamanı Çoçeli dövlət qulluğunda olarkən, ticarətlə məşğul olub və keçmiş nazir müavini ilə birlikdə fırıldaqla 12 milyon dollara yaxın dövlət əmlakını mənimsəyiblər.