Avropa Birliyi Surası və Avropa Parlamenti Gürcüstana 46 milyon avro məbləğində makro-iqtisadi yardımın ayrılmasını razılaşdırıb. APA-nın gürcü KİV-lərinə iatinadən verdiyi xəbərə görə, bu vəsait Gürcüstan-Rusiya münaqişəsindən sonra Gürcüstan üçün ayrılmış 500 milyon avro məbləğində olan yardımın bir hissəsidir.
Qeyd olunan vəsaitin bir qismi qrant şəklində veriləcək, qalan hissəsi isə güzəştli kredit şəklində ayrılacaq.
Makro-iqtisadi yardım ölkənin xarici borcunun yüngülləşməsinə yardım edəcək.