Gürcüstan təhlükəsizlik şurasının yeni katibi qadın –general olacaq
02 noyabr 2013 03:33 (UTC +04:00)

Gürcüstan təhlükəsizlik şurasının yeni katibi qadın –general olacaq

Gürcüstan parlamentinin prosedur məsələləri və reqlament üzrə komitəsinin yeganə qadın-general sədri İrina İmrelişvili Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi təklifi aldığını təsdiqləyib.

 

Lent.az-ın «Novosti-Qurziya»-ya istinadən məlumatına görə, məsələ ilə bağlı o, bunları bildirib: «Belə bir təklif almışıq və razılıq verilib. Prezidentin andiçməsindən sonra təhlükəsizlik şurasının yeni katibi təyin olunacaq, o, mənəm».

 

Onun sözlərinə görə, bu, keyfiyyətcə başqa təhlükəsizlik katibi olacaq, yeni Ana Yasa qüvvəyə minəndən sonra «keyfiyyətcə yeni prezident olacağı kimi».

 

İ.İmrelişvili  baş nazir Bidzina İvanişivlinin başçılıq etdiyi «Gücrü Arzsus» Partiyasın siyasi şurasının katibidir.

 

Hazırda ölkənin təhlükəsizlik şurasının katibi Giqa Bokeriyadır.O, Mixail Saakaşvilinin komandasındandır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar