Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə Məntəqə Seçki Komissiyalarını çoxu bağlanıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, daxili işlər naziri İraklii Qaribaşvili bildirib ki, bağlanan məntəqələrdə müşahidə aparılmadan güc strukturlarının təmsilçiləri səs verəcək.
«Uzun illərboyu nəzarət sıfır dərəcəsində olan qapalı seçki məntəqələri fəaliyyət göstərib. Belə məntəqələrdə polis hakimiyyətin istədiyi namizədə səs verdirirdi. Belə səsvermə erası bitdi»-deyə, oktyabrın 23-də nazir jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, belə məntəqələr yalnız bəzi yerlərdə saxlanılıb: «Belə qapalı məntəqələr orduda, xüsusi təyinatlı dəstələrdə, çağırış məntəqələrində saxlanılıb».
Gürcüstan MSK -sı bildirib ki, 70 qapalı məntəqələrdən 37 -i ləğv edilib.
Xatırladaq ki, oktyabrın 27-də Gürcüstanda prezident seçkisi keçiriləcək.