“Gürcüstan əhalisinin 76%-i NATO-ya daxil olmağa razıdır”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri NATO və Avropa Birliyinin Gürcüstandakı İnformasiya Mərkəzinin direktoru Elena Qotsadze APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, 3-10 may tarixində Gürcüstanda keçiriləcək NATO Həftəsi günlərində Zuqdidi, Kutaisi, Batumi kimi regionlarda əhali ilə görüşlər və tədbirlər keçiriləcək, o cümlədən belə vacib tədbirlər azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsində də təşkil ediləcək.
NATO Həftəsinin vacibliyini vurğulayan Gürcüstan parlamentinin müxalifətdən olan vitse-spikeri Giorgi Baramidze APA-ya açıqlamasında bu gün Gürcüstanda başlanan NATO Həftəsi tədbirinin ənənəvi olaraq hər il keçirildiyini bildirib. “Biz bu tədbirlərdə Gürcüstanın NATO-ya daxil olması üçün vacib olan bütün məsələləri və müxtəlif aspektləri müzakirə edəcək və gələcək perspektivlər barədə danışacağıq”, deyə Baramidze bildirib.