Urmiya gölünün üzərində duz fırtınası yaranıb. Lent.az-ın Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, fırtına Təbriz, Məlikan, Bunab və Əcəbşir şəhərlərini də əhatə edərək ərazidə təhlükə yaradıb.
Məlumata görə, yaranan vəziyyət əhalinin etirazına səbəb olub. Əhali etiraz aksiyasına hazırlıq üçün sms-lərlə bir-birini məlumatlandırır.