Lüksemburqun baş naziri Jan – Klod Yunker ölkədəki yüksək vəzifəli siyasilərin qanunsuz dinləmələrə və bu məsələ ətrafında yaranmış qalmaqala etiraz olaraq, bu gün, iyulun 11-də istefa verəcəyini bəyan edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu il iyunun əvvəlində bəlli olub ki, Lüksemburqun gizli xidmət orqanları siyasilərin, o cümlədən Yunkerin danışıqlara qulaq asır, eləcə də rüşvət alıb və casusluq edib.
Baş nazirin parlamentdəki rəqibləri «Yaşıllar» Partiyası və Lüksemburq Demokrat Partiyası onu bu qanunların pozulmasında suçlayıblar. Onlar bildirib ki, baş nazir bütün bunları bildiyi halda tədbir görməyib.
Yunker isə bir müddət öncə barəsində deyilən ittihamları rədd etmişdi.
O, 1995-ci ildən Lükseburqun baş naziridir. 2005-ci ildə Avroqrupun – Avrozona dövlətləri maliyyə nazirləri klubuna başçı təyin olunub.