Fransanın şərqində Du bölgəsində 60-dan çox sakin zəhərlənib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, onlardan 4-ün vəziyyəti ağırdır.
Mütəxəssislərin qənaətincə, yaxın zamanda xəsarət alanların sayı 600-ə çata bilər. Bezanson şəhərindəki xəstəxanaya müraciət edənlərin sayı artmaqdadır.
Zəhərlənmə Ornan şəhəri yaxınlığındakı marşrut üzrə keçirilən dağ velosipedi ənənəvi idman bayramı yarışı zamanı baş verib. Onların keyfiyyətsiz yeməkdən zəhərləndiyi ehtimal olunur.