Fransa prezidenti Knesset üçün «arzuolunmaz» elan edilib
31 oktyabr 2013 02:04 (UTC +04:00)

Fransa prezidenti Knesset üçün «arzuolunmaz» elan edilib

İsrail parlamentinin sədri Yuliy (Yoel) Edelşteyn Fransa prezidenti Fransua Ollandı knesset (İsrail məclisi) üçün arzuolunmaz şəxs elan edib. Lent.az-ın «Rİa Novosti»-yə istinadən məlumatına görə, o, bu ilin noyabrında İsrailə səfəri zamanı ölkə parlamentində çıxış etməli imiş. Ancaq sonrada o, bu fikrindən əl çəkib.

 

Parlamentin rusca danışa bilən sədri Y.Edelşeteyn «Facebook» səhifəsində yazıb ki, Ollandın məclisdə çıxışını tələblərə qarşısında məruzə etməklə əvəzləməsi onu hiddətləndirib. Bunun qarşılığında sədr parlamentdə Ollandı qəbuldan imtina edəcəyini bildirib.

 

«Knessetə sayğı göstərməyən, knessetin hörmətinə layiq deyil.Əcnəbi və israil liderlərinin İsrail Dövlətinin seçilmiş parlamentinin önəmini azaltmaq haqqı yoxdur. Knessetin sədri kimi mən millətimizin və təmsilçiliyimizin ləyaqətini qorumaq niyyətindəyəm» -deyə, Edelşteyn yazıb.

 

Bundan başqa sədr bildirib ki, mövcud olay tənzimlənənədək Fransanın İsraildəki səfirliyi ilə əməkdaşlığı dayandırıb.

 

«Yerusalim post» qəzet-saytının yazdığına görə,  Fransa diplomatik təmsilçiliyi parlament sədrinin məsələyə belə münasibətindən təəccübləndiyini və Ollandın səfər proqramının tam formalaşmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649
avatar

Oxşar yazılar