Fransa hakimiyyətindən quduzluq təhlükəsi xəbərdarlığı
02 noyabr 2013 02:19 (UTC +04:00)

Fransa hakimiyyətindən quduzluq təhlükəsi xəbərdarlığı

Fransa hakimiyyəti quduzluq ehtimalı haqda xəbərdarlıq edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, buna səbəb Paris ətrafında bu təhlükəli virusa yolxan pişiyin aşkarlanmasıdır.

 

İki aylıq pişik balası (mavrı)  oktyabrın 25-də Arjanteydə tapılıb. Üç son o,quduzluqdan ölüb.

 

Fransanın Kənd təsərrüfatı Nazirliyi olayla bağlı araşdırmaya  başlayıb və 5 nəfər artıq peyvənd edilib.

 

«İndii başlıca vəzifə bu pişiklə  təmasda olan bütün insanları və heyvanları axtarıb tapmaqdır»-deyə, nazirlik bildirib.

 

2001-ci ildə Fransa hakimiyyəti  ölkədə quduzluq təhlükəsinin olmadığını elan etmişdi. Ancaq 2008-ci ildə Mərakeşdən ölkəyə gətirilən itdə aşkarlanan bu virus başqa itləri də yoluxdurmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 644
avatar

Oxşar yazılar