Fransa da Snoudenə sığınacaq verməyəcək
05 iyul 2013 01:17 (UTC +04:00)

Fransa da Snoudenə sığınacaq verməyəcək

Fransa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyəcək. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.

 

«Bir çox başqa dövlətlər kimi Fransa da Edvarda Snoudenin siyasi sığınacaqla bağlı sorğusunu Moskvadakı səfirliyi vasitəsi alıb» - deyə, nazirlik bildirib.

 

İyulunu 4-də, bir müddət öncə, Fransanın xarici işlər naziri Manuel Vals  Snoudenə sığınacaq verilməsini dəstəkləmədiyini, eləcə də bununla bağlı müraciət almadıqlarını söyləmişdi.

 

Xatırladaq ki,  İtaliya da Edvard Snoudenə siyasi sığınacaq verməyəcəyini bəyan edib. Bu barədə İtaliya XİN rəhbəri Emma Bonino məlumat verib.

 

Bonino bildirib ki, Snouden siyasi sığınacaq barədə müraciəti şəxsən İtaliya ərazisində və ya sərhəddə etməlidir. Snouden isə müraciəti Rusiyadan göndərib. Ona görə də İtaliya hökuməti müraciəti nəzərdən keçirmək belə istəmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438
avatar

Oxşar yazılar