Filippində 5,6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yeraltı təkanlar Karmen şəhərindən 5 km aralıda qeydə alınıb. Zəlzələnin mərkəzi 16 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.