
Fidel Kastronun oğlu universitetdə saxta adla oxuyub
«Kuba inqilabının lideri 87 yaşlı Fidel Kastro Rusun sağlıq durumu yaxşıdır və o, ölkənin siyasi həyatında iştirak edir».
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu açıqlamanı onun oğlu, Kuba Respublikası Dövlət Şurası sədrinin elmi məsələlər üzrə müşaviri Fidel Kastro Dias-Balart verib.
«Bu insan dünya üçün böyük əhəmiyyət kəsb edir. O, fəal siyasətdən və prezidentlikdə uzaqlaşsa da, siyasi subyektdir və onu görmək istəyən bir çox prezidentlə danışır. Sağlıq durumu da çox yaxşıdır» -deyə, Dias-Balart söyləyib.
O, qeyd edib ki, atası kütlə arasında görünməsə də, ölkənin siyasi həyatında iştirak edir, öz sələflərinə məsləhətlərini verir: «Onlar onun məsləhətlərini müsbət qarşılayır» .
Oğul Kastro Moskva Dövlət Universitetinin «Nüvə fizikası» fakültəsini bitirib. İnqilab liderinin oğlu olmasını gizlətmək üçün o, Xose Raul Fernandes adı altında təhsil alıb və diplomunda da bu ad yazılıb. Sentyabrın 27-də ona universitetin fəxri professoru diplomu artıq öz gerçək adına yazılıb.
Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19