Nepal hakimiyyəti britaniyalı alpinist Deniel Hüz ölkə qanunlarını pozduğu üçün bir sıra yasaqlar tətbiq edə bilər.
Lent.az-ın «BBC»yə istinadən məlumatına görə, buna səbəb onun Everest zirvəsindən ilk videozəng etməsi göstərilib.
Mənbə bildirib ki, Hüz smartfondan və peyk modemindən istifadə edərək, «BBC»-yə zəng edib.
Nepalın Turizm Nazirliyi bildirib ki, o, çəkiliş üçün uyğun icazəni almayıb.
Britaniya alpinist ekspedisiyasının başçısı isə videozəng üçün icazənin vacibliyindən xəbərsiz olduğunu söyləyib.