Ermənistandan ixrac olunan kartofu Gürcüstan geri qaytarıb
02 noyabr 2013 01:24 (UTC +04:00)

Ermənistandan ixrac olunan kartofu Gürcüstan geri qaytarıb

Gürcüstan Ermənistandan gətirilən  470 min 70 kq kartofu geri qaytarıb.

 

Lent.az-ın «Qruziya onlayn»-a istinadən məlumatına görə, Gürcüstan MAliyyə Nazirliyinin gəlir xidməti bildirib ki, Sadaxlı Gömrük-Keçid Məntəqəsində yük keçirilən araşdırma nəticəsində kartofda bir sıra zərərli  mikrorqanimzlər -

«Ralstonia solanacearum» (qatı çürüklük) və «Synchytrium endobioticum (Schilb) Perc»  (kartof xərçəngi) aşkarlanıb.

 

Bundan sonra həmin yük laboratoriyada da müayinə edilib. Müayinə nəticəsində kartofda «Ralstonia solanacearum» (qatı çürüklük) aşkarlanıb.

 

Gürcüstan hökumətinin qərarı ilə yük 20 avtomobili ilə Ermənistana geri qaytarılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar