Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası satışa çıxarılıb.
Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan da müdafiə naziri olarkən məhz bu binada əyləşib.
Binanın satış qiyməti 4 milyard 600 dramdır. İrəvan-Aştarak şosesində yerləşən bina hazırda kazinolarla əhatə olunub, özü isə tamamilə zibil içərisindədir, şüşələri sınıb.