«İrana örüş yerinin icarəyə verilməsi məsələsi qapadılıb». Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu bəyanatı Ermənistanın ərazi idarəetmə üzrə nazirinin birinci müavini Vaçe Terteryan verib.
«Əgər nazirliyimizin nəşr etdiyi yazıları diqqətlə izləmisinizsə, onda məsələ ilə bağlı irəliləyişin olmağını görə bilərsininz. Hazırkı vəziyyətə əsasən, deyə birəm ki, bu məsələ qapadılıb. Onun gələcəkdə müzakirəsi məsələsi gündəlikdə yoxdur» - deyə,V.terteryan söyləyib.
Xatırladaq ki, Tehranla İrəvan arasında 2012-2013-cü illərdə Ermənistanın İrana otlaq yerini icarəyə verilməsi barədə danışıq olmuşdu. İran 50 min hektar otlaq sahəsi istəyirdi. Ermənistanda bu danışığı «vətənə xəyanət» kimi dəyərləndirmişdilər.