Ermənilərin biri-birini qırmasından 14 il ötür
27 oktyabr 2013 07:04 (UTC +04:00)

Ermənilərin biri-birini qırmasından 14 il ötür

1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədilib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkə parlamentinin həyətində ölənlərin xatirəsinə rəsmi tədbir təşkil olunacaq.


Xatırladaq ki, bir qrup erməni terrorçusu parlamentin binasına girərək, baş nazir Vazgen Sarkisyanı, parlamentin sədri Karen Dəmirçyanı, parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyanı, deputatlar - Armenak Armenakyanı, Henrix Abramyan, Mikael Kotanyanı güllələyərək, öldürmüşdü.

 

2001-2003-cü illərdə keçirilən məhkəmə prosesində terrorçu qrupun başçısı Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Vram Qalstyan, eləcə də  Derenik Becanyan, Gdik Qriqoryan və Aşot Knəzyan ömürlük, Hamlet Stepanyan isə 14 il azadlıqdan məhrum ediliblər. Onlar «vətənə xəyanət, terrorçuluq və ağır dövləti cinayət törətməkdə» günahlandırılıblar.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Oxşar yazılar