İyunun 14-də İranda prezident seçkisi ilə yanaşı yerləi şuralara, bələdiyyələrə də seçkilərin keçirilməsi planlaşırılıb.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, yerli islam şurasına seçkiyə qatılanlar arasında erməni də hakimiyyətin uyğun süzgəcindən keçərək,namizəd olub.
Onların biri Kiş Universiteti informartika fakültəsinin məzunu, «Pəyame-Nur» universitetində isə politologiya fakültəsində elmi dərəcə almış, 30 yaşlı Armen Nazaryan da bu siyasi kampaniyaya qoşulub.
«Hyeli.com»-a müashibəsində o, deyib ki, ermənilər 400 ildən artıqdır İranda məskunlaşıb və İran vətəndaşı olaraq, «onların özlərini bu ölkənin tam hüquqlu vətəndaşı hiss etməsi üçün İranın və erməni icmasının xeyrinə çalışmaq» istəyir.
«Nədən yeganə erməni namizəddir» sualına cavabında Nazaryan deyib ki, buna səbəb informasiya çatışmazlığı və məsələyə laqeyd münasibətdir.
«İranda ermənilər arasında yaxşı sənətkar, aşpaz olsa da, siyasi sahədə isə onları yalnız parlamentdəki deputatla kifayətlənirlər»-deyə, namizəd bildirib.
Mənbə qeyd edib ki, Armen Nazaryan eyni halda bir neçə partiyanın siyahısında namizəd kimi göstərilib.