Erməni nazirdən etiraf
17 sentyabr 2013 21:57 (UTC +04:00)

Erməni nazirdən etiraf

«Ermənistanın qonşularındakı müdafiə tədricən hücum imkanları ilə əvəz olunub. Bu baxımdan Rusiyasız Ermənistanın təhlükəsizliyinin təmini cətin olacaq»

Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, bu bəyanatı Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri ilə görüşdə verib.

 

O, əlavə edib ki, bu məsələdə yalnız Azərbaycan deyil, Türkiyədə var.

 

Onun sözlərinə görə, 2010-cu ildə bağlanmış müqaviləyə əsasən, Rusiya Ermənistanın təhlükəsizliyinin tam təmin ilə bağlı öz üzərinə öhdəlik götürüb.
 

Azərbaycanla hərbi əməliyyatların başlanması ehtimalına toxunan erməni nazir deyib ki, danışıqlar prosesinin dialoq və qarşılıqlı anlaşma əsasında qurulmasının vacibliyini qeyd edib.
 

Ölkənin təhlükəsizliyin təmin etmək də başqa dövlətə möhtac olduqlarını etiraf edən erməni nazir utanmadan Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarının işğal olunmasını «öz qələbələri» kimi təqdim edib.

 

Ohayanın iddiasına görə, güzəştlər qarşılıqlı olmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824

Oxşar yazılar