Ərdoğan terrorun bitməsindən, müavini Kürdüstandan danışdı...
30 aprel 2013 10:51 (UTC +04:00)

Ərdoğan terrorun bitməsindən, müavini Kürdüstandan danışdı...

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə PKK terrorunun artıq bitmə nöqtəsinə çatdığını bildirib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə. Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib ki, Türkiyə üçün yeni, tərtəmiz bir səhifə açılır.

Rəcəb Tayyib Ərdoğan bəzən kimlərinsə kənardan müdaxiləsi ilə qardaşlar arasında nifaq ola biləcəyini, ancaq nə baş verməsindən asılı olmayaraq qardaşların bir araya gələcəyini, hallaşacağını söyləyib: “Təmkinli olmaqla təxribatlara imkan verməməklə, qorxaqlara qulaq asmamaqla yolumuza davam edəcəyik”.

 

Bu arada AKP sədrinin müavini Hüseyn Çəlik Ərbildə Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə görüşüb. Dünən mətbuat üçün qapalı keçən görüşdən sonra  Hüseyn Çəlik mayın 8-dən başlayaraq Türkiyəni tərk edəcək PKK terrorçularının Şimali İraqda Qəndil dağındakı düşərgələrə yerləşməsi prosesinə Məsud Bərzaninin dəstək verəcəyinə, konstruktiv  rol oynayacağına inandığını vurğulayıb. Çəlik çıxışında “İraq Kürdüstanı” ifadəsini də işlədib: “Osmanlı dönəmində də xəritədə Kürdüstan vardı. Bu sözü dilə gətirməkdən çəkinməyə gərək yoxdur. Türkiyədə keçmişdə bu ifadəyə bir qadağa vardı, indi belə bir qadağa yoxdur. Məsud Bərzani də İraq Kürdüstanının lideridir və PKK-nın da ən çox sığındığı Qəndil dağı da buranın bir parçasıdır. Türkiyədən çıxıb bura gələcəklər. Bu prosesdə Məsud Brəzaninin aktiv iştirak edəcəyinə əminik”.

# 1182
avatar

Oxşar yazılar

Magistral  YOL ÇÖKDÜ : 36 ölü var - YENİLƏNİB

Magistral YOL ÇÖKDÜ: 36 ölü var - YENİLƏNİB

2 may 2024 , 07:45
Qadın 13 yaşından oğlana təcavüz etdi

Qadın 13 yaşından oğlana təcavüz etdi

2 may 2024 , 06:11
Daşqında 8 nəfər öldü

Daşqında 8 nəfər öldü

2 may 2024 , 04:50
Gələn həftədən  QARLI HAVA   olacaq

Gələn həftədən QARLI HAVA olacaq

2 may 2024 , 04:02
Gürcüstanda parlamentin qapısını sındırmağa çalışdılar, yaralananlar var-YENİLƏNİB -VİDEO

Gürcüstanda parlamentin qapısını sındırmağa çalışdılar, yaralananlar var-YENİLƏNİB-VİDEO

2 may 2024 , 01:50
Fransa həbsxanaları 200% dolub, minlərlə məhbus yerdə yatır

Fransa həbsxanaları 200% dolub, minlərlə məhbus yerdə yatır

1 may 2024 , 10:05
Rusiyada neft emalı ZAVODU YANIR

Rusiyada neft emalı ZAVODU YANIR

1 may 2024 , 07:47
Polşa Rusiya ilə sərhədə  hərbi texnika yerləşdirəcək

Polşa Rusiya ilə sərhədə hərbi texnika yerləşdirəcək

1 may 2024 , 07:23