”İstanbuldakı son hadisələrlə bağlı Avropa Parlamentinin qəbul etdiyi qərar hər kəsə bəllidir. Onlar çaşıblar. Onlarda dürüstlük deyilən bir şey yoxdur”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, adıçəkilən təşkilat ilk öncə Avropa Birliyinə üzv olan dövlətlərlə bağlı qərar qəbul etməlidir: ”Yunanıstan, İngiltərə, Fransa, Almaniyada nələr olur? Siz bunlara səssiz qalacaqsınız. Türkiyədə təhlükəsizlik qüvvələri ixtişaşların qarşısını alacaq, amma AB-də bununla bağlı qərar qəbul edəcək”.