Əli və ayağından olan fransız üzgüçünün oğurlanmış əlil arabasını qaytarıblar.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu arabanın qiyməti 20 min dollardır. Onu avtobus sürücüsü yiyəsinə qaytarıb. Sürücü deyib ki, bu kreslonu Fransanın Dyüppe şəhərində dayanacaqda aşkarlayıb. Televiziya xəbərlərində məsələ ilə bağlı məlumatı eşitdikdən sonra onu yiyəsinə qaytarıb.
Mənbə bildirib ki, əl-ayağından olmuş Filipp Kruazon La-Manşı, Cəbəllütariq boğazları və Akaba körfəzini üzüb keçməsi ilə ad çıxarıb.