Əfqanıstanın keçmiş nazirinə qarşı sui-qəsd baş tutmayıb
09 may 2013 03:51 (UTC +04:00)

Əfqanıstanın keçmiş nazirinə qarşı sui-qəsd baş tutmayıb

Əfqanıstanın xüsusi xidmət orqanları prezidentliyi keçmiş namizəd, sabiq xarici işlər naziri Abdulla Abdullaya qarşı sui-qəsdin qarşısını alıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin kəşfiyyat qurumundan bildirilib ki, Abdullanı öldürmək istəyən həbs olunub və suçunu etiraf edib.

 

Məlumata əsasən, şübhəli Pakistanda hazırlıq keçib və siyasi xadimin aradan götürülməsi ilə bağlı təlimatı taliban hərəkatından alıb.

 

Xatırladaq ki, A.Abdulla Əfqanıstanın əsas siyasi fiqurlarından sayılır. 2001-2006-cı illərdə Xarici İşlər Nazirliyinə başçılıq edib. 2009-cu ildə isə prezidentliyə namizəd olub. O, bu siyasi yarışda indiki prezident Həmid Karzaya uduzub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar