Əfqanıstandakı qətlə görə ingilis əsgərlər mühakimə olunur
24 oktyabr 2013 06:48 (UTC +04:00)

Əfqanıstandakı qətlə görə ingilis əsgərlər mühakimə olunur

Britaniyanın üç əsgəri 2011-ci ildə Əfqanıstanın cənubunda Gilmand əyalətindəki üsyançıların qətlində ittiham olunaraq, hərbi məhkəmə qarşısına çıxıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar suçlarını etiraf etmir.

 

 

Əsgərlərdən biri yaxın məsafədən əfqanı sinəsindən güllələməkdə suçlanır.

 

Onlar video kameranın bağlı olduğunu zənn etdiklərindən olay çəkilib.

 

İki hərbçi isə bu cinayətdə iştirakçı kimi günahlandırılır.

 

Mənbə xatırladıb ki, Əfqanıstanda hərbi əməliyyatlar başlayandan, 2001-ci ildən bəri Britaniya əsgərləri ilk dəfə hakim qarşısında duracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458
avatar

Oxşar yazılar