Əfqanıstanın şərqində, Paktikə əyalətində Xayrkut dairəsində yolda quraşdırılmış minanın partlaması nəticəsində 7 uşaq həlak olub.
Lent.az-ın «CNN»-ə istinadən məlumatına görə, şəhər rəhbərliyi olayda «Əfqanıstan düşmənlərini» ittiham edib, ancaq o, hadisənin baş verməsində «Taliban» qruplaşmasının və ya başqa bir yaraqlı qurumun əlinin olduğunu deməyib.
BMT-nin məlumatına əsasən, bu ilin ilk 6 ayında 231 uşaq minaların qurbanı olub. 529 uşaq isə çeşidli dərəcədə yaralanıb.
«Assoşieyted Press» bildirib ki, oxşar faciəli olay noyabrın 18-də ölkənin Zabul əyalətində baş verib.